Milli İncəsənət Muzeyində “Milli musiqi gecəsi”

Tokio, 29 fevral , /AJMEDIA/

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə ərsəyə gələn “Muzeydə musiqi” layihəsi çərçivəsində muzeydə növbəti konsert keçirilib.

AJMEDIA xəbər verir ki, “Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub.

Təbirdə xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rafael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Həmçinin “Salam, Novruz!” sərgisində nümayiş etdirilən milli musiqi alətlərinin təsvir olunduğu əsərlər haqqında tematik ekskursiya da keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts