Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan yığması səfərdə Litvaya qalib gəlib

Tokio, 05 aprel, /AJMEDIA/

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

AJMEDIA xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olub. “Jalgiris” stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub. İlk turda Monteneqro seçməsi ilə qolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Millimiz növbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts