Millətlər Liqası: Pley-off mərhələsində cavab oyunları keçiriləcək

Tokio, 29 mart , /AJMEDIA/

Bu gün UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçiriləcək.

AJMEDIA xəbər verir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Liqasına düşməmək üçün həlledici görüşlərə çıxacaqlar.

Günün ilk matçı Nur-Sultanda Qazaxıstan və Moldova yığmaları arasında olacaq. Meydan sahibləri ilk görüşdə 2:1 hesablı qələbə qazanıblar. Bu cütün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı üçüncü qrupda mübarizə aparacaq. Məğlub komanda isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı birinci qrupa düşəcək.

Digər qarşılaşmada isə Kipr yığması Larnakada Estoniyanı sınağa çəkəcək. Komandalar arasındakı ilk oyunda hesab açılmayıb. Bu cütün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts