“Milan” İtaliya çempionatının qalibi olub

Tokio, 23 may , /AJMEDIA/

İtaliya çempionatının 38-ci turunda “Sassuolo” futbol klubunu 3:0 hesabı ilə məğlub edən “Milan” komandası A Seriyasının qalibi olub.
AJMEDIA xəbər verir ki, qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurublar.
“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı olan “İnter”i iki xal qabaqlayıb.
Beləliklə, “Milan” 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts