Mikayıl Müşfiqin 115 illiyinə həsr olunmuş videoçarx hazırlandı

Tokio, 5 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 115 illiyinə “Mikayıl Müşfiq – 115” adlı videoçarx hazırladı.
Videoçarxda Azərbaycan poeziyasının gözəl incilərini yaratmış Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında məlumatlar toplanmışdır.
Videoçarxda Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin M.Müşfiq haqqında fikirləri, şairin yazdığı əsərlərin adları verilmişdir. Bununla yanaşı videoçarxda “Ana”, “Sevgilər”, “Ay qız”, “Düşüncə”, “Buludlar”, “Əmək”, “Mən şirin ləhcəli bir bülbüləm” şeirlərindən misralar verilir, şairin kitablarının fotoşəkilləri də nümayiş edilir.
Videoçarx Mikayıl Müşfiqin Azərbaycan Respublikasının Xalq artisti Eyyub Yaqubovun ifasında “Ana” mahnısı ilə müşayiət edilir.
Videoçarx aşağıdakı keçiddə yerləşdirilib:

Follow us on social

Facebook Twitter Youtube

Related Posts