Mikael Forrest: Yeni Kaledoniya Fransanın remilitarizasiyası səbəbindən böhran içindədir

Tokio, 13 iyun , /AJMEDIA/

Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır. Belə ki, Fransanın ölkəni yenidən remilitarizasiyası səbəbindən Yeni Kaledoniyanın əhalisinə psixoloji və sosial baxımdan mənfi təsir göstərir.

AJMEDIA xəbər verir ki, bu sözləri Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest iyunun 13-də “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda hibrid formatda keçirilən dəyirmi masa müzakirələrində deyib.

“Bizim kimi kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, biz Fransanın müstəmləkəyə çevirdiyi əraziyik”, – deyən M.Forrest Fransanın Yeni Kaledoniyaya qarşı həyata keçirdiyi müstəmləkə siyasəti və cinayətləri barədə məlumat verib, ölkəsinin müstəqillik uğrunda apardığı mübarizəsindən, bu yolda Fransanın törətdiyi maneələrdən, aparılan danışıqları və nizamlanma prosesini bloklamasından danışıb.

O hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib. Bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır. “Kanak xalqı öz müqəddəratını təyin etmək hüququna hörmət göstərməyi tələb edir”, – deyə M.Forrest vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts