“Microsoft” və “Alphabet”in gəlirləri nə qədər artıb? – statistika

Tokio, 25 oktyabr , /AJMEDIA/

ABŞ-ın texnologiya şirkətləri “Microsoft” və “Google”un ana şirkəti olan “Alphabet”in gəlirləri iyul-sentyabr aylarında artıb.

AJMEDIA “Microsoft”un hesabatına istinadla xəbər verir ki, şirkətin gəlirləri iyul-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 56,5 milyard dollara çatıb. “Microsoft” 2022-ci ilin eyni dövründə 50,1 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti eyni dövrdə 27 faiz artaraq 22,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə isə şirkətin xalis mənfəəti 17,6 milyard dollar təşkil edib.

Hesabatda bildirilib ki, “Microsoft”un keçən ilin iyul-sentyabr dövründə 2,35 dollar olaraq hesablanan səhm başına xalis mənfəəti bu il 2,99 dollar olaraq qeydə alınıb.

“Alphabet” də 2023-cü ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb. Müvafiq olaraq şirkətin gəlirləri iyul-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 76,7 milyard dollara çatıb. Şirkətin 2022-ci ilin üçüncü rübündə gəliri 69,1 milyard dollar olmuşdu.

Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq 19,7 milyard dollara çatıb. “Alphabet” 2022-ci ilin eyni rübündə isə 13,9 milyard dollar xalis mənfəət əldə edib.

Ötən ilin eyni dövründə 1,06 dollar olan “Alphabet”in səhm başına qazancı bu ilin eyni dövründə 1,55 dollara yüksəlib.

Şirkətin baş direktoru Sundar Pichai axtarış sistemi, yutub, Pixel cihazları və bulud kimi məhsullarında süni intellekt tərəfindən dəstəklənən yeniliklərlə bu rübdə əldə edilən maliyyə nəticələrindən məmnunluğunu ifadə edib və süni intellektin hər kəs üçün daha faydalı hala gətirmək yönündə çalışmaların davam etdiyini diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts