Tokio, 21 iyul , /AJMEDIA/
Hava şəraiti ilə əlaqədar olaraq verilən proqnozlar qarşıdakı günlərə hazırlıqlı olmaq baxımından əhəmiyyət daşıyır, çünki edilən xəbərdarlıqlar meteohəssas insanları diqqətli olmağa çağırır. Həmin məlumatlarda bildirilir ki, həssas şəxslər günün müəyyən saatlarında mümkün qədər açıq havada gəzməsinlər. Xroniki xəstəliyi, ürək-qan dövranı pozuntusu, yüksək qan təzyiqi, fiziki və əqli qüsuru olanlar, şəkərli diabet xəstələri meteohəssas insanlar qrupuna aiddir.
AJMEDIA xəbər verir ki, həkim-terapevt Sənubər Yusifzadə deyib: “Şimal küləyinin cənub və cənub-qərb küləyi ilə əvəz olunması narahatlığa səbəb olur, çünki şimal küləyində oksigen daha yüksək, cənub küləyində isə oksigenin miqdarı az və çirkli hava olur. Xroniki xəstəliyi olanlar 35-36 dərəcədən yuxarı temperaturda, xüsusilə saat 10-16 radələrində bayırda gəzməməlidirlər”.
Son günlər hava şəraitinin qeyri-sabit keçməsi meteohəssas insanları narahat etməyə başlayıb. Belə hava şəraitinin isə bir müddət davam edəcəyi gözlənilir. Həkim-terapevtin dediyinə görə, xroniki xəstəliyi olanlar davamlı şəkildə müalicə alarsa, hava dəyişmələri onlara bir o qədər də təsir etmir. Müalicə olunmayan xəstələrdə həmin günlərdə ağırlaşmalar baş verə bilər.