Tokio, 3 avqust , /AJMEDIA/
Mert Çelik Bakının “Neftçi” klubunun şərəfini qorumağa davam edəcək.
AJMEDIA kluba istinadla xəbər verir ki, müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” komandasına məxsus olan 22 yaşlı futbolçu icarə əsasında daha 1 il Bakı təmsilçisinin heyətində çıxış edəcək.
O, 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, futbolçu 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.