Tokio, 5 iyun , /AJMEDIA/
“Mercedes-Benz” şirkəti bir milyona yaxın köhnə avtomobilini geri çağırıb.
AJMEDIA “Reuters” agentliyinə istinadla xəbər verir ki, buna səbəb avtomobillərin əyləc gücləndiricisində problemlərin olmasıdır.
İstehsalçı 2004-2015-ci illərdə istehsal edilən ML, GL və R-Class seriyalarının modellərinin geri çağırıldığını bildirib.
Şirkətin yaydığı bəyanatda avtomobillərin bəzilərində əyləc gücləndiricisində korroziya təhlükəsi olduğu qeyd edilib. Bu, əyləc pedalında nasazlıq yarada bilər.