Melburnda Həmrəylik Günü qeyd edilib

Tokio, 27 dekabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Melburnda Həmrəylik Günü qeyd edilib
Avstraliya İttifaqının Melburn şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə Melburnda fəaliyyət göstərən Avstraliyanın Azərbaycan Cəmiyyəti, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Viktoriya Varlıq Qrupunun üzvləri, Türkiyənin Melburndakı Baş konsulu Doğan F. İşık və Azərbaycan icmasının fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü, professor İbrahim Əlvəndi soydaşlarımızı hər iki bayram münasibətilə təbrik edib və özünün müəllifi olduğu “Azərbaycan” şeirini səsləndirib.

Sonra tədbir iştirakçılarını salamlayan Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Nira Elqart qarşıdan gələn bayramlar münasibətilə qonaqlara xoş arzularını çatdırıb və icmanın fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasınını fəal üzvü Tatyana Zemlinskayanın Azərbaycanın xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini səsləndirməsi tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Tədbirdə həmçinin “AZSA” rəqs qrupunun rəqsləri və “AyTay” musiqi qrupunun ifaları qonaqlar tərəfindən maraqla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts