Melburnda Azərbaycan Cəmiyyətinin 5 illiyi qeyd edilib

Tokio, 26 oktyabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Melburn şəhərində fəaliyyət göstərən Avstraliyanın Azərbaycan Cəmiyyətinin yaradılmasının 5 illiyi münasibətilə bayram tədbiri keçirilib.

Cəmiyyətin 120 nəfər üzvünün qatıldığı tədbirdə qonaqları təşkilatın sədri Mehnaz Benam salamlayıb. O, ilk yubiley münasibətilə soydaşlarımızı təbrik edib, bu əlamətdar hadisənin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasının böyük sevincinin yaşanıldığı günlərə təsadüf etdiyini qürurverici hal kimi dəyərləndirib.

Bayram tədbiri Azərbaycan musiqisi və rəqslərindən ibarət bədii hissə ilə davam etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts