Tokio, 6 yanvar , /AJMEDIA/
Meksikanın şimalında şəxsi təyyarə qəzaya uğrayıb, dörd nəfər ölüb.
AJMEDIA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanların 3-nün qadın, 1-nin isə kişi olduğu qeyd edilib.
Pilot Ramos-Arispe aeroportunda eniş üçün dəstək istədikdən sonra təyyarə aeroportun dayanacağı yaxınlığında təqribən 200 metr yüksəklikdən düşüb.
Hadisənin səbəbləri məlum deyil.