Tokio, 28 dekabr, /AJMEDIA/
Hazırkı qanunla elə normalar var ki, reallığı əks etdirmir. Biz bunu dəyişməyi düşünürük. “Media haqqında” yeni qanun layihəsinin qəbulu media sahəsində sistemli yanaşmanın əldə edilməsinə imkan verəcək.
AJMEDIA xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 28-də Milli Məclisdə keçirilən iclasda bildirib.
Əhməd İsmayılov qeyd edib ki, imtiyazlar paketi ilə bağlı müzakirələr gedir. “Media haqqında” qanun layihəsinin qəbulundan sonra Milli Məclisə bununla bağlı layihələrimizi təqdim edəcəyik.