Mayın 5-də Yaponiyada baş verən zəlzələdə 500-dən çox ev dağılıb

Tokio, 11 may , /AJMEDIA/

Mayın 5-də Yaponiyanın mərkəzində, Yapon dənizinin sahilində yerləşən İşikava prefekturasında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində 540-a yaxın yaşayış binası qismən və ya tamamilə dağılıb.
AJMEDIA xəbər verir ki, bu barədə cümə axşamı NHK telekanalı məlumat yayıb.
Daha 250-yə yaxın evin qəzalı vəziyyətdə olduğu qeyd edilir. Yerli hakimiyyət orqanları bərpa işləri aparmaq üçün dəymiş ziyanı hesablamağa başlayıb.
Jiji xəbər agentliyinin məlumatına görə, zəlzələ zamanı 1 nəfər ölüb, 34 nəfər yaralanıb. Yeraltı təkanların episentri Noto yarımadasında, ocağı isə təxminən 12 kilometr dərinlikdə yerləşib. Seysmoloqlar güclü yeraltı təkanların ola biləcəyi barədə xəbərdarlıq edərək, yerli sakinləri mümkün qədər ayıq olmağa çağırıblar.
Qeyd edək ki, ötən gün Tokionun şərqində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri paytaxtla sərhəd olan Çiba prefekturasının şimal-qərbində, təxminən 40 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Yeraltı təkanlar Tokionun mərkəzində də hiss olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts