Mayın 5-də Azərbaycanda COVID-19 əleyhinə 168 doza vaksin vurulub

Tokio, 5 may , /AJMEDIA/

Mayın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 168 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 29, ikinci doza vaksinlərin sayı 120, üç və daha çox doza vaksinlərin sayı 18, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 384, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 909, ikinci mərhələ üzrə 4 milyon 882 min 281, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 174-dür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts