Mayın 14-də respublikanın bəzi yerlərində hava yağıntılı olacaq

Tokio, 13 may , /AJMEDIA/

Azərbaycanda mayın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində – 760 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-19° isti, dağlarda gecə 0-3°, gündüz 3-5° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts