Tokio, 8 oktyabr, /AJMEDIA/
Fransanın Martinika departamentində növbəti etiraz aksiyası baş verib.
AJMEDIA “Figaro”ya istinadla xəbər verir ki, yüzədək şəxs bahalığa etiraz edərək yolu bağlayıb.
Aksiya zamanı qarşıdurma baş verib. Etirazçılar polisə daş atıblar. Polis aksiyanı yatırmaq üçün güc tətbiq edib. Hadisə nəticəsində 11 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. Onlardan ikisi həbs edilib.