Martın 24-də Azərbaycanda COVID-19 əleyhinə 6 min 914 doza vaksin vurulub

Tokio, 25 mart , /AJMEDIA/

Martın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6 min 914 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 347, ikinci doza 787, üç və daha çox doza 5418, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 362-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 382 min 494, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 73, ikinci mərhələ üzrə 4 milyon 816 min 72, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 21 min 324, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 min 25-dir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts