Tokio, 28 dekabr, /AJMEDIA/
Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa məhdud sayda azarkeş buraxıla bilər.
AJMEDIA xəbər verir ki, bu, Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərlə əlaqədardır.
Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, “Marsel”-“Qarabağ” oyunu fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.