“Mançester Siti”nin hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

Tokio, 6 oktyabr , /AJMEDIA/

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
AJMEDIA xəbər verir ki, 22 yaşlı futbolçu buna qrup mərhələsinin üçüncü turu çərçivəsində evdə Danimarka “Kopenhagen”inə 5:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub. Bu qarşılaşmada dubla imza atan forvard qitənin bir nömrəli klub turnirində meydana çıxdığı 22 görüşdə 28 dəfə fərqlənən ilk oyunçu kimi tarixə düşüb.
Haland Çempionlar Liqasında vurulan qol sayına görə braziliyalı Rivaldo və uruqvaylı Luis Suaresi geridə qoyub. Onların hər ikisinin hesabında 27 qol var.
Norveçli futbolçu Çempionlar Liqasının bombardirləri siyahısında Rayan Giqqz və Jan-Pyer Papenə çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts