Malayziyada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib

Tokio, 13 dekabr , /AJMEDIA/

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu il dönümü Malayziyada da qeyd olunub.
AJMEDIA xəbər verir ki, dekabrın 12-də Cənub-Şərqi Asiya regionunun ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Malaya Universitetində Ulu Öndərə həsr edilmiş xatirə gecəsi keçirilib.
Universitetin Sivilizasiyalar Dialoqu Mərkəzi (MUSDM) ilə birgə təşkil olunmuş tədbirdə ali təhsil müəssisəsinin çoxsaylı tələbə-müəllim heyəti iştirak edib. Əvvəlcə qonaqlar universitetin İslam Tədqiqatları Akademiyasının III kurs tələbəsi Muhammad Taftazany Abd Rahman tərəfindən İslam ənənələrinə uyğun olaraq aparılan dini mərasimdə iştirak ediblər. Burada Ulu Öndərin ruhuna dualar oxunub.
Növbəti hissədə Malaya Universitetinin prorektoru professor Sabri Musa, MUSDM-nin rəhbəri, professor Azizan Baharuddin və Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlərdən, həmçinin onun siyasi irsinin Azərbaycanın tərəqqisində və qazandığı böyük nailiyyətlərdə oynadığı əhəmiyyətli roldan bəhs ediblər.
Sonra Ulu Öndərə həsr edilmiş sənədli film nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan səfirliyinin təşəbbüs və dəstəyi ilə Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş xeyriyyə aksiyası da keçirilib. Belə ki, Kuala Lumpur şəhərinin Ampanq rayonunda himayədən məhrum yaşlı qadınların məskunlaşdığı “Mesra Home” adlı sığınma evində xeyriyyə süfrəsi təşkil olunub.
Ulu Öndərin vəfatının 19-cu il dönümü ilə əlaqədar Malayziya mətbuatında da məlumatlar yayılıb. Belə ki, ölkənin aparıcı ingilisdilli nəşri “New Straits Times” qəzeti Ümummilli Liderə həsr edilən xüsusi məqalə dərc edib. Müstəqil tədqiqatçı və təhsil mütəxəssisi Asmahan Razak tərəfindən qələmə alınmış yazıda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, xüsusilə də ölkənin müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndərin müəllifi olduğu uğurlu neft strategiyasından geniş bəhs olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts