Malayziyada təşkil olunan sərgidə Azərbaycan pavilyonuna böyük maraq göstərilib

Tokio, 5 noyabr , /AJMEDIA/

Malayziya Xarici İşlər Nazirliyində 30 ölkənin təmsil edildiyi “Xarici İşlər Nazirliyi Günü” (Wisma Putra Day) münasibətilə sərgi təşkil olunub.

Azərbaycanın Malayziyadakı səfirliyindən AJMEDIA-ya bildiriblər ki, sərgidə iştirak edən ölkələr adət-ənənələrini, mədəniyyətlərini, həmçinin milli mətbəxlərini nümayiş etdirib.

Azərbaycan pavilyonunda ölkəmizin müstəqillik dövründə inkişafını, qazandığı nailiyyətləri, gözəl təbiətini, turizm imkanlarını əks etdirən materiallar, buklet və jurnalları, həmçinin incəsənətimizə dair materiallar, o cümlədən xalçaçılıq və milli geyim nümunələri, kəlağayılar nümayiş olunub. Sərginin çoxsaylı qonaqlarına Azərbaycanın milli şirniyyatı, ölkəmizdə istehsal olunan müxtəlif növ meyvə şirələri və suvenirlər təqdim edilib.

Rəngarəngliyi ilə seçilən Azərbaycan pavilyonu yerli və əcnəbi ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycan pavilyonunu ziyarət edən Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir rəngarəng və cəlbedici pavilyon vasitəsilə iştirakçıların heyranedici ölkə olan Azərbaycanı müxtəlif aspektlərdən tanımaq imkanı qazandıqlarını deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts