Malayziyada Şuşanın tarixinə həsr olunmuş tədbirlər keçiriləcək

Tokio, 27 may , /AJMEDIA/

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Malayziyadan görünən Şuşa” adlı layihənin icrasına başlayıb. Layihə İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı həyata keçirilir. Layihə çərçivəsində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “Şuşa günləri” təşkil etmək planlaşdırır.

AJMEDIA xəbər verir ki, bu məlumatı ictimai birliyin sədri Şəhla Nağıyeva verib.

Onun dediyinə görə, Azərbaycanın Malayziyadakı səfirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Kuala Lumpur Şəhər İncəsənət Qalereyasının tərəfdaşlığı ilə hazırlanan layihə çərçivəsində Kuala Lumpurda “Qarabağ rəngləri” adı ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil etmək nəzərdə tutulur. Bundan başqa Malayziya paytaxtında “Şuşa mətbəxi” günü keçiriləcək, qonaqlara Qarabağ təamları, habelə Şuşa mətbəxinin nümunələri təqdim ediləcəkdir. Tədbirlər planına sərginin keçirildiyi günlərdə azərbaycanlı müğənninin ifasında Qarabağ və Şuşa mövzusunda mahnılar səsləndirilməsi də daxildir.

Kuala Lumpurda fəaliyyət göstərən universitetlərdən birində Şuşanın tarixi ilə bağlı dəyirmi masanın təşkili, habelə Şuşanın tarixi haqqında ingilis dilində sənədli filmin nümayişi də nəzərdə tutulur.

İctimai Birliyin sədri onu da qeyd edib ki, Malayziyada nümayiş olunacaq rəsm əsərləri artıq seçilib, Şuşa mətbəxi nümunələrini hazırlayan kulinar və Qarabağ musiqisini təqdim edəcək müğənni müəyyən olunub.

“Şuşa günləri”nin iyunun üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır.

Görüləcək tədbirlərlə yanaşı Kuala Lumpur şəhərində tədbirlər başa çatdıqdan sonra “Malayziyadan görünən Şuşa” adlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts