Malayziyada Şuşanın 270 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Tokio, 13 iyul , /AJMEDIA/

Cənub-Şərqi və Şərqi Asiya dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov Malayziyada işçi görüş və təmaslarına başlayıb.
AJMEDIA xəbər verir ki, iyulun 13-də azərbaycanlı nazir müavini ilkin olaraq Malayziyanın qabaqcıl ali təhsil müəssisələrindən olan MARA Texnologiya Universitetində (UiTM) Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş ağacəkmə aksiyasında iştirak edib.
Azərbaycanın Malayziyadakı səfirliyi və UiTM-in birgə təşəbbüsü ilə təşkil olunmuş aksiya universitetin mərkəzi kampusunda yerləşən xüsusi yaşıllıq zonasında keçirilib. Aksiyadan əvvəl təntənəli mərasim təşkil olunub. Tədbirdə UiTM-in geniş elmi-pedaqoji heyətinin nümayəndələri, tələbə-gənclər təşkilatının üzvləri, Azərbaycan səfirliyinin kollektivi və yerli KİV təmsilçiləri iştirak ediblər.
Aksiyadan sonra nazir müavini E.Məmmədov universitetin dəqiq elmlər, biznes, hüquq, humanitar elmlər fakültələrinin və elmi-tədqiqat mərkəzlərinin rəhbərləri ilə görüşərək, qarşılıq əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts