Tokio, 8 sentyabr , /AJMEDIA/
Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyinin və Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsilin təşviqi məqsədilə Malayziya vətəndaşları ilə onlayn görüş keçirilib.
BSU-dan AJMEDIA-ya bildirilib ki, əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva “Bakı Slavyan Universitetində əcnəbilərə təklif olunan ixtisaslar və qəbul prosesi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda BSU-nun tarixi, proqramlar və ixtisaslar, əcnəbilərin qəbul prosesi, tələb olunan sənədlər və qəbul tarixləri, universitetdə əcnəbilərin tədrisinin təşkili, miqrasiya qaydaları, tələbə yataqxanası və tibbi sığorta haqqında məlumat verilib.