Malaya Universitetində Cənubi Qafqazda sülh prosesi mövzusunda mühazirə təşkil olunub

Tokio, 1 iyun , /AJMEDIA/

Malayziyanın ən nüfuzlu universiteti olan Malaya Universitetində “Cənubi Qafqazda sülh prosesi və onun sosial antropoloji nəticələri” mövzusunda mühazirə təşkil olunub.

AJMEDIA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycana aid sərgi ilə tanışlıq olublar.

Ali təhsil ocağında siyasi elmlər və sosiologiya sahələrində doktorantura təhsili alan tələbələrin və müəllimlərin iştirak etdiyi mühazirədə ölkəmizin Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov Azərbaycanın öz gücü ilə beynəlxalq hüquq çərçivəsində torpaqlarını işğaldan azad etməsinin yaratdığı sülh və əməkdaşlıq mühiti, o cümlədən Cənubi Qafqazda sülh prosesi, kənar qüvvələrin sülh quruculuğuna törətdiyi maneələr, birbaşa danışıqların qısa müddətdə verdiyi müsbət nəticələr və bu çərçivədə iki ölkə arasında dövlət sərhədinin delimitasiya prosesində irəliləyişin olması, habelə Azərbaycanın işğal olunmuş kəndlərindən dördünün geri qaytarılması barədə gənc alimlərə məlumat verib.

Diplomat Qərbi Azərbaycan məsələsi, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsinə qarşı vandallıq faktları və mina problemindən ətraflı şəkildə bəhs edib, bu cür ciddi problemlərin humanitar, iqtisadi, sosial, antropoloji, demoqrafik və mənəvi cəhətdən açdığı dərin yaraların qapanmasının uzun illər tələb etdiyini bildirib.

Sonda gənc alimlərin, eləcə də universitetin müəllimlərinin sualları cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts