“Mahnı belə yaranır” tammetrajlı bədii filminin çəkilişindən 65 il ötür

Tokio, 21 oktyabr , /AJMEDIA/

“Bakı” kinostudiyasının 1957-ci ildə istehsalata buraxdığı “Mahnı belə yaranır” tammetrajlı bədii filminin çəkilişindən 65 il ötür.
AJMEDIA xəbər verir ki, yazıçı, kinodramaturq Roman Fatuyevin ssenarisi əsasında çəkilən filmə görkəmli rejissorlar Rza Təhmasib və Mikayıl Mikayılov quruluş verib.
Film XX əsrin məşhur Dağıstan şairi, xalq aşığı Süleyman Stalskinin (Süleyman Həsənbəyov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir.
Filmdə rolları Konstantin Slanov (Süleyman Stalski), Vladimir Txapsayev (Qara Maqoma), Afanasi Koçetkov (Maksim Qorki), Məmmədəli Vəlixanlı (Bədirxan), Z.Abihəsənova (Məriyat), Abbas Rzayev (Xanapi), Ş.Montaşev (Harun), Z.Qalazova (Ayna), A.Qurumov (Hizri), Ələkbər Hüseynzadə (Mola Hacımed), Əli Qurbanov (kor aşıq), Fateh Fətullayev (Bədirxanın adamı) və başqaları canlandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts