Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tokio, 4 fevral, /AJMEDIA/

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin əməkdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.

Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və sair məsələləri müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts