Macarıstanın elektrik enerjidoldurma şirkəti elektrik avtomobillərinin uzunmüddətli icarəsini təklif edir

Tokio, 25 fevral, /AJMEDIA/

Macarıstanın MVM enerji şirkəti ekoloji təmiz enerji ilə işləyən avtomobillər üçün ölkədə ən iri elektrik enerjidoldurma şəbəkəsini idarə edir. Ölkədə bu şəbəkənin 1500-dən çox enerjidoldurma qurğusu vardır.

Şirkət gələn həftədən etibarən elektrik avtomobillərinin fiziki şəxslərə və pərakəndə müştərilərə uzunmüddətli icarəyə verilməsi üzrə yeni proqramın icrasına başlayır.

AJMEDIA MTI xəbər agentliyinə istinadla bildirir ki, yeni xidmətin adı “MVM GO” olacaq. Bu proqrama əsasən, vətəndaşlar elektrik avtomobillərini 3 ildən 6 ilə qədər müddətə icarəyə götürə biləcəklər. Korporativ icarə halında olduğu kimi, yeni sxem üzrə təqdim edilən xidmətlər kompleksi də avtomobillərə texniki xidmət, şinlərin mövsümə uyğun dəyişdirilməsi və sığorta xidmətlərindən ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts