Tokio, 5 avqust , /AJMEDIA/
XVI əsr ingilis rəssamı Con Konsteblin natürmortu hərraca çıxarılacaq.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda rəsmin sahibləri hərrac evini seçirlər.
Rəsm əsəri təsadüfən Qlazqo yaxınlığındakı Craufurdland qəsrindəki qonaq qanadında aşkar edilmişdir. Hazırda qəsr ingilis aristokratı Saymon Krafurd və həyat yoldaşı Editiyə məxsusdur. Ekspertlər rəsm əsərini 2,5 milyon dollar dəyərində qiymətləndiriblər.
Rəsm artıq 10 il əvvəl ekspertizadan keçirilmiş və saxta hesab edilmişdir. Təkrar ekspertiza rəsm əsərini Britaniyanın ən məşhur peyzaj rəssamlarından biri olan Con Konsteblin əvvəllər məlum olmayan əsəri kimi tanıyıb.