Məşhur amerikalı prodüser və ssenarist vəfat edib

Tokio, 12 iyul , /AJMEDIA/

Məşhur amerikalı ssenarist və prodüser Menni Koto 62 yaşında vəfat edib.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, Menni Koto mədəaltı vəzi xərçəngi ilə 13 aylıq mübarizədən sonra Kaliforniyanın Pasadena şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Menni Koto “Amerika dəhşət hekayəsi” və “Dekster” seriallarının ssenaristi, həmçinin prodüseri olub. O, 2006-cı ildə “Emmi” mükafatına layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts