Məşğulluq üzrə kvotadan əlavə iş yerlərinin yaradılması qaydaları müəyyənləşir

Tokio, 3 iyun , /AJMEDIA/

Məşğulluq üzrə kvotadan əlavə iş yerlərinin yaradılması qaydaları müəyyənləşir.

AJMEDIA xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan “Məşğulluq haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirir.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir.

Digər dəyişikliklə, kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.

Beləliklə, kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği faiz dərəcələri tətbiq olunmaqla və əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərtilə müqavilə əsasında müəyyən edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts