Mərkəzi Seçki Komissiyasının sədri 31 saylı seçki məntəqəsində səs verib

Tokio, 7 fevral , /AJMEDIA/

Fevralın 7-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

AJMEDIA xəbər verir ki, bu seçki məntəqəsində 1317 seçici qeydiyyatdadır. Məntəqədə seçicilərin fəallığı müşahidə edilir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts