Mərkəzi Neftçilər Xəstəxanasına ianə edilmiş tibbi avadanlıqların təqdimat mərasimi

Tokio, 8 may, /AJMEDIA/

2025-ci il 7 may tarixində Səfir Vatanabe Katsuya Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasına ianə edilmiş tibbi avadanlıqların təqdimat mərasimində iştirak edib.
Bu barədə AJMEDIA-ya Yaponiyanın Azərbaycandakı səfriliyindən məlumat verilib.
Bildirilir ki, bu layihə Yaponiya hökumətinin qrant layihəsi olan İqtisadi və Sosial İnkişaf Proqramı çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasına angioqrafiya, daşınabilən rentgen və ultrasəs müayinə cihazları təqdim olunub.
Təqdimat mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov və digər əlaqəli şəxslər iştirak ediblər.
Mərkəzi Neftçilər Xəstəxanası neft sənayesinin əsas sənaye sahəsi olduğu Azərbaycanda yüksək temperatur, yüksək təzyiq, kimyəvi maddələrə məruz qalma kimi çətin şəraitdə çalışan neftçilərin sağlamlığını qorumaq məqsədilə yaradılmış tibb müəssisəsi olub, Azərbaycanın
qabaqcıl səhiyyə obyektlərindən biridir.
Bu layihənin icrası iləAzərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə qurulmuş dostluq və sıx əməkdaşlıq münasibətlərinin daha bir təzahürüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts