Məmməd Səid Ordubadinin 150 illiyi ilə əlaqədar metodik məktub hazırlanıb

Tokio, 3 mart , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş. Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Vəsilə İsgəndərova və Uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədova M.S.Ordubadinin 150 illiyi ilə əlaqədar metodik məktub hazırlayıblar.

İdarədən AJMEDIA-ya bildirilib ki, metodik məktub M.S.Ordubadinin həyat və yaradıcılığı haqqında məlumatla başlayır. Məktubda, həmçinin kitabxananın fondunda olan kitabların siyahısı yer alır.

Metodik məktubun sonunda kitabxana filiallarında M.S.Ordubadinin 150 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı metodik tövsiyələr əks olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts