Məlahət Abbasova: Bu gün bir azərbaycanlı olaraq hamımız çox sevincliyik

Tokio, 7 fevral , /AJMEDIA/

Bu gün bir azərbaycanlı olaraq hamımız çox sevincliyik. Çünki ölkəmizdə Azərbaycan Respublikasının Prezident seçkilər keçirilir. Biz Azərbaycanda olmasaq da, ikinci Vətənimiz olan qardaş Türkiyədə yaşayırıq. Uzaqda da olsaq Vətənimizdə baş verən bütün hadisələrlə yaxından maraqlanırıq.

Bu fikirləri müsahibəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova ifadə edib.

Yaradıcılığını qardaş Türkiyədə davam etdirən aktrisa İstanbulda səs verib.

“Bizim üçün bu gün olduqca əlamətdardır. Biz bu gün burada bir “dəmir yumruq” ətrafında birləşmişik. Azərbaycan uğurlu daxili və xarici siyasəti, yüksək diplomatik fəaliyyəti ilə 44 günlük Vətən müharibəsindən qalib ölkə olaraq ayrıldı. Bu, Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Fikrimcə, prezident demək müstəqil Azərbaycan Respublikası, güclü Ordu, xoşbəxt xalq, “dəmir yumruq” ətrafında birləşmək deməkdir. Hər bir həmvətənimi seçkilərdə fəal iştiraka dəvət edirəm”, – deyə Məlahət Abbasova vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts