Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar

Tokio, 18 may , /AJMEDIA/

Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-ın Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar.

Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər.

Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts