Məhəmməd Salah Ceymi Vardinin rekordunu təkrarlayıb

Tokio, 17 dekabr, /AJMEDIA/

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, misirli hücumçu ardıcıl 15-ci oyunda qol vurulmasında pay sahibi olub. O, XVII turun “Nyukasl”la görüşündə rəqib qapısına yol tapıb. İyirmi doqquz yaşlı forvard son 15 matçda 14 qol və 7 assistə imza atıb.

Salah bununla da Ceymi Vardiyə məxsus rekordu təkrarlayıb. “Lester”in hücumçusu da ardıcıl 15 görüşdə qol və ya assistlə fərqlənib.

“Nyukasl” üzərində 3:1 hesablı qələbə “Liverpul” üçün də tarixi əhəmiyyət kəsb edib. Mersisaydlılar İngiltərə çempionatları tarixinə yüksək dəstədə 2000-ci qələbə qazanan ilk komanda kimi düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts