Tokio, 16 sentyabr , /AJMEDIA/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada səfərdə olub.
Agentliyin Strateji kommunikasiya departamentindən AJMEDIA-ya verilən məlumata görə, nümayəndə heyətinin Türkiyənin Məşğulluq Xidmətində (Türkiye İş Kurumu-İŞKUR) keçirdiyi görüşlərdə məşğulluq sahəsində görülmüş işlər üzrə təcrübə mübadiləsi aparılıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov ölkəmizdə rəqəmsal məşğulluq xidmətlərinin yaradılması, işsiz şəxslərə münasibətdə yeni konsepsiyanın tətbiqi, peşə kvalifikasiyasının artırılması və karyera imkanlarının genişləndirilməsi sahəsində görülmüş işlər və əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
İŞKUR-un sədri Samet Güneş digər sahələrdə olduğu kimi məşğulluq sahəsində də Azərbaycanla təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verdiklərini qeyd edib.
Nümayəndə heyəti, həmçinin İŞKUR-un Eskişehirdə fəaliyyət göstərən idarəsində də olub, burada iş prinsipləri və peşə hazırlığının təşkili prosesi ilə tanış olublar.
Bundan başqa Türkiyə Respublikası Prezidentinin İnsan Resursları İdarəsi və Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində də görüşlər keçirilib. Görüşlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələri iştirak ediblər.