Tokio, 28 Oktyabr, /AJMEDIA/
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucuların diqqətini çəkəcək nəşrlər daxil olub.
MEK-dən AJMEDIA-ya bildirilib ki, akademik Möhsün Nağısoylunun “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması”, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Qəbələ keçmişdə və günümüzdə”, Dilara Ağamusa Nağıyeva-Muxtarovanın “Hər tamaşa isə bir ömür…”, beynəlxalq elmi konfransın materiallarını özündə cəmləşdirən, rus və Azərbaycan dillərində “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” toplusu kitabxanaya təqdim edilmiş nəşrlər sırasındadır.