Lütfi Zadənin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçiriləcək

Tokio, 2 fevral, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu, ABŞ-ın Berkeley Kaliforniya Universiteti və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr edilən 8-ci ümumdünya yumşaq hesablamalar konfransı keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə fevralın 3-dən 5-dək keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts