Lütfi Zadə adına məntiq olimpiadasının keçiriləcəyi tarix açıqlanıb

Tokio, 30 mart , /AJMEDIA/

Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi aprelin 2-də keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Qeyd edilib ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadə irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts