Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat bu gün başa çatır

Tokio, 14 mart , /AJMEDIA/

Martın 14-də Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq. Proses bu gün saat 18:00-dək davam edəcək.

Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən bilik yarışında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı, məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts