Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Tokio, 4 iyun , /AJMEDIA/

COP29-un Azərbaycanda keçirilməsi inanılmaz bir nailiyyətdir. Mən hesab edirəm ki, Azərbaycan buna çox layiqdir və əminliklə deyə bilərəm ki, COP29-da böyük uğur qazanacaq.

AJMEDIA xəbər verir ki, bu sözləri Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans deyib. O, Azərbaycan və Ermənistan arasında sülh prosesini yüksək qiymətləndirib. Lord Evans regionda danışıqların hər kəsin naminə uğurla nəticələnməsini səbirsizliklə gözlədiyini deyib.

O, Azərbaycan və Britaniya arasında əlaqələrin yüksək xətlə inkişaf etdiyini və hər gün münasibətlərin yaxşılaşdığını da əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts