Londonda COP29-a hazırlıq haqqında məlumat verilib

Tokio, 25 fevral , /AJMEDIA/

Britaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Londonda Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq haqqında məlumat xarakterli tədbir keçirilib. AJMEDIA xəbər verir ki, tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan və Britaniyadan olan iş adamları, iqlim dəyişikliyi ilə bağlı müxtəlif qurumlarda çalışan ekspertlər iştirak ediblər.

Baronessa Emma Nikolson Azərbaycanın COP29-a ev sahibliyi etməyindən böyük məmnuniyyət duyduğunu bildirib. O qeyd edib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi çox vacibdir.

Exeter Universitetində Biznes məşğulluğu və innovasiyalar üzrə prorektor müavini Stuart Brokılhörst gələcək qlobal iqlim risklərindən danışıb, iqlim dəyişikliyinə təsir edən əsas dönüm nöqtələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycan indiyəcən çoxsaylı böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Səfir Azərbaycanın COP29-un tələblərinə çox əminliklə cavab verə biləcəyini deyib.

Tədbirdə daha sonra COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts