Londonda Buker mükafatı laureatının adı elan ediləcək

Tokio, 23 may , /AJMEDIA/

Beynəlxalq Buker mükafatı laureatının adı çərşənbə axşamı Londonda elan ediləcək.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, nüfuzlu ədəbi mükafatın qısa siyahısına daxil edilmiş altı əsərdən birinin müəllifi kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşmək üçün 50 min funt-sterlinq (təqribən 62 min dollar) alacaq.
2023-cü ildə Bolqarıstan, İspaniya, Kot-d’İvuar, Meksika, Fransa və Cənubi Koreyadan olanlar bu mükafata iddialıdırlar. Bolqar və katalon dillərində yazılmış əsərlər ilk dəfə namizədlərin qısa siyahısına daxil edilib.
Georqi Qospodinovun “Zaman sığınacağı”, Eva Baltasarın “Qaya”, Qvadelupe Nettelin “Yenicə doğulmuş”, QauZ təxəllüsü ilə yazan Patrik Arman-Qbaka Bredenin “Mütəmadi ağır”, Çeon Myan Kvanın “Balina”, Mariz Kondenin “Yeni dünyanın İncili” əsərləri bu mükafata iddialıdır.
Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts