Londonda ənənəvi Yeni il paradı keçirilib

Tokio, 1 yanvar , /AJMEDIA/

İngiltərənin paytaxtı Londonda ənənəvi olaraq keçirilən Yeni il paradı minlərlə insan tərəfindən maraqla izlənilib.

AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, Yeni ilin ilk günü Green Parkdakı məşhur The Ritz otelinin qarşısından başlayan yürüşdə bir çox ölkədən rəqqaslar, musiqiçilər, akrobatlar, ifaçılar və məktəb marş qrupları iştirak edib.

Rəngarəng şouların nümayiş olunduğu kortejdə müxtəlif model avtomobillər, buxar avtomobilləri, velosipedlər və atlar da yer alıb. Parad zamanı kross-motosikllər akrobatika nümayiş etdiriblər.

Kortej paytaxtın məşhur görməli yerlərindən keçib. Paradı minlərlə insan böyük həvəslə izləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts