Livanda üçgünlük matəm elan edilib

Tokio, 20 may , /AJMEDIA/

Livanın müvəqqəti Baş naziri Nəcib Mikati İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanın helikopter qəzasında həlak olması ilə əlaqədar üçgünlük milli matəm elan edib.

AJMEDIA xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. Bildirilib ki, ölkədəki bütün ictimai binalarda bayraqlar yarıya qədər endiriləcək, radio və televiziya proqramlarında dəyişiklik ediləcək.

Parlamentin sədri Nəbih Berri İran lideri Ayətullah Seyid Əli Xameneiyə Livan parlamenti və xalqı adından başsağlığı verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts