Tokio, 12 sentyabr , /AJMEDIA/
Avropa Komissiyasının Moskvaya qarşı sanksiyalarının son interpretasiyasına uyğun olaraq, Litvanın gömrük orqanları ölkəyə daxil olan Rusiya qeydiyyatlı avtomobilləri müsadirə edəcək. Qərar Belarusda qeydiyyatdan keçən avtomobillərə şamil olunmayacaq.
AJMEDIA xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte LRT radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, sürücünün vətəndaşlığından asılı olmayaraq, sərhədi keçən Rusiya qeydiyyatlı bütün avtomobillər tranzitlə Kalininqrada getdiyi barədə sənəd olmayacağı təqdirdə müsadirə ediləcək.
Litva sərhəd mühafizə xidmətinin məlumatına görə, son altı ay ərzində ölkə ərazisinə Rusiyanın dövlət nömrə nişanı ilə 58 min avtomobil daxil olub.
Xatırladaq ki, sentyabrın 8-də Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların yeni izahını dərc edib. Sənəddə əsasən, istifadə məqsədindən və Aİ-də qalma müddətindən asılı olmayaraq, ümumi sərnişin yeri 10-dan az olan avtomobillərin Avropa İttifaqı ərazisinə daxil olması qadağandır.